Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Bakı və İrəvan arasında danışıqlar prosesini müzakirə ediblər.
Musavat.com bu barədə erməni mediasın istinadən xəbər verir.
Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir: “Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ dövlət katibinin müavini Uzra Zeya bildirib ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdə davam edəcək”.
Musavat.com