ABŞ Dövlət Departamenti: "Ukraynanın NATO-ya üzvlüyü kollektiv qərardır"

Ukraynanın NATO-ya üzvlüyü kollektiv qərardır və bunu bütün alyans müəyyən etməlidir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Vaşinqtonun Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı məsələyə münasibətini bildirərkən deyib.

Patel ABŞ-ın alyansın açıq qapı siyasətini dəstəklədiyini vurğulayıb.

Bundan əvvəl Ağ evin sözçüsü Karine Jan-Pierre bildirmişdi ki, NATO-ya yeni üzvlərin, o cümlədən Ukraynanın qəbulu ilə bağlı qərarı təşkilatın özü verməlidir. O, həmçinin əlavə edib ki, bu gün Vaşinqton üçün prioritet Kiyevə iqtisadi və humanitar yardım göstərməkdir.

02.05.2023 09:49
547