ABŞ-də zəlzələ olub

ABŞ-də Alyaska sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ Port-Aleksandr şəhərindən 73 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 20,2 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

12.01.2024 14:00
526