ABŞ-də təyyarə qəzaya uğradı - 4 nəfər həlak oldu

ABŞ-nin İllinoys ştatında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Bu barədə "Associated Press" agentliyi yerli polisə istinadən xəbər verib.

Təyyarədə iki qadın və iki kişi olduğu qeyd edilib. İlkin məlumata görə, təyyarə elektrik xəttinə dəydiyi üçün düşüb.

İllinoys ştatının administrasiyası hadisənin bütün hallarını müəyyən etmək üçün araşdırmalara başlayıb.//Trend

20.04.2025 13:58
166