ABŞ-də helikopter qəzaya uğrayıb, sağ qalan yoxdur

Göyərtəsində altı nəfərin olduğu Eurocopter EC 130 helikopteri ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində Nevada sərhədi yaxınlığında qəzaya uğrayıb.

Bu barədə NBC televiziyası ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində sağ qalan tapılmayıb.

FAA və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.\\APA

11.02.2024 02:32
279