ABŞ-da analitiklər belə qənaətə gəliblər ki, hazırda orta hesabla 30 yaşı olan proqramçılar İT sektorunda texnoloji tərəqqidən çox geri qalırlar.
Musavat.com Mentoday-a istinadla xəbər verir ki, yaşlı proqramçılar iş tapmaqda çətinlik çəkirlər, çünki işəgötürənlər gəncləri seçməyə daha çox meyllidirlər. Yaşı 30-u keçənlər bacarıqlarına və yüksək məhsuldarlığa malik olmalarına baxmayaraq, “tarixin zibil qutusuna atılıblar”.
Nisbətən gənc nəslə qarşı bu cür yaş ayrı-seçkiliyi tədqiqatçıları qorxudur. Bəli, bu əsrin uşaqları “əllərində qadcetlərlə doğulublar”, lakin yaşı 30-dan çox olanların uşaqlıq/yeniyetməlik dövrü də İT texnologiyalarının sürətli inkişafı zamanına düşüb. Əgər insan bu istiqamətdə təhsil alıbsa, o, zumerdən geri qalmayacaq, hətta müəyyən mənada (ən azı təcrübə baxımından) başqa nəsildən olan rəqibindən də üstün olacaq.
Təhiqiqat materialında bildirilir ki, amma qadınlar və qaradərililər üçün vəziyyət daha da pisdir. Amerikalı alimlərin təhlilinə görə, onların arzuladıqları işi əldə etmək şansları çox azdır. Dərinin rəngi və cins bir vəzifə üçün namizəd seçərkən işəgötürənlər üçün çox vaxt əsas üstünlüklərdir.
Ancaq Rusiyada belə problemlər yoxdur. Üstəlik, Rusiyada onlar tez-tez gənc zumerlərdən daha ehtiyatlıdırlar. Z nəsli işə qarşı sərbəst münasibətdə günahlandırlıır. Onlar azadlıq və rahatlığın daha vacib olduğuna inanırlar, buna görə də çox işləməyə hazır deyillər.
Musavat.com