ABŞ-nin Kentukki ştatında kütləvi atışma nəticəsində beş nəfər yaralanıb.
“Report”un məlumatına görə, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
"Şerif ofisinin məlumatına görə, şübhəlinin axtarışı başlayıb", - məlumatda deyilir. Hadisə Lorel dairəsində baş verib. Polis atıcının axtarışını davam etdirir.
Ştatın qubernatoru Endi Beşir magistral yolu hər iki istiqamətdə bağlatdırıb. O, yerli sakinləri təhlükəli zonadan qaçmağa çağırıb.