ABŞ danışıqlardan çəkilsə, itirən Ukrayna olacaq

Musavat.com xəbər verirki, Sky News telekanalının müxbiri Ayvor Bennett-in köşə yazısında qeyd olunur ki, ABŞ dövlət katibi Marko Rubionun Rusiya-Ukrayna müharibəsi üzrə sülh danışıqlarından çıxmaq ehtimalı ilə bağlı verdiyi son açıqlamalar, Vaşinqtonun prosesin nəticəsizliyindən artan narazılığını açıq şəkildə göstərir.

Bennett-in fikrincə, bu bəyanat birbaşa təhdiddən çox prezident Donald Trampın məşhur “saziş ustası” taktikası ola bilər. Çünki Trampın indiyə qədər Ukraynaya real dəstək niyyəti göstərmədiyi vurğulanır — onun siyasətində əsasən Kiyevə qarşı təzyiqlər, Moskvaya isə güzəştlər müşahidə olunub.

“Vəziyyətin indiki gedişində, müharibənin uzanması halında Ukrayna Rusiyaya nisbətən daha böyük itkilərlə üzləşə bilər”, — deyə Bennett yazır.

O əlavə edir ki, Kremlin bu hədələrə ciddi reaksiya verməsi gözlənilmir. Çünki Moskva Vaşinqtonla yaxınlaşmanı müharibədən ayıraraq iki müstəqil məsələ kimi təqdim edə bilib. Beləliklə, sülh danışıqları uğursuz olsa belə, Tramp administrasiyası ilə ikitərəfli münasibətlərin möhkəmlənəcəyi ehtimal olunur. 

 

Musavat.com

19.04.2025 05:12
288