ABŞ-dan xəbərdarlıq: Bu ölkəni dərhal tərk edin!

ABŞ-ın Minskdəki səfirliyi amerikalıları Belarusu tərk etməyə çağırıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Minskdəki səfirliyindən verilən yazılı açıqlamada Litvanın Belarusla bəzi sərhəd qapılarını bağlamağa qərar verdiyi xatırladılıb.

Bəyanatda həmçinin ABŞ vətəndaşlarına Rusiya və Ukraynaya səfər etməmək barədə xəbərdarlıq da yer alıb.

Musavat.com

21.08.2023 21:37
1454