ABŞ-ın kommersiya neft ehtiyatları keçən həftə 3,6 milyon barel artıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında açıqlanıb. Noyabrın 10-da bitən həftədə benzin ehtiyatları 1,5 milyon barrel, distilliyat ehtiyatları 1,4 milyon barel azalıb.
MarketWatch ekspertləri neft ehtiyatlarının orta hesabla 800 min barel, benzin ehtiyatlarının 100 000 barel artacağını, distilliyat ehtiyatlarının 800 barel azalacağını proqnozlaşdırmışdılar.
Bu gün Energetika Nazirliyi, həmçinin dərci ləngiyən noyabrın 3-də başa çatan həftənin məlumatlarını da açıqlayıb. Həmin həftənin nəticələrinə görə ABŞ-da neft ehtiyatları 13,87 milyon barel artıb, benzin və distilliyat ehtiyatları müvafiq olaraq 6,3 milyon barel və 3,29 milyon barrel azalıb.
ABŞ-da neft ehtiyatlarının artmasına dair xəbər dünya neft bazarında qiymətlərin azalmasına səbəb olub. Qiymətlər 1 dollara yaxın azalıb.
Musavat.com