“S-400” hava hücumundan müdafiə sistemləri İncirlikdə (Türkiyədə ABŞ və Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən hava bazası) yerləşdirilərsə, Ankara “F-35” proqramına qayıda bilər.
Musavat.com xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti yazıb.
Daha əvvəl bildirilib ki, Türkiyə Yunanıstan aviasiyası üzərində üstünlük əldə etmək üçün ABŞ-dan yeni nəsil “F-35” döyüş təyyarələri almaq istəyir.
Ankara Vaşinqtona bildirib ki, “F-35”ləri əldə etmək üçün Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərini işə salmayacaq.
Qeyd edək ki, Türkiyə bu kompleksləri Rusiyadan 2,5 milyard dollara alıb.
Musavat.com