ABŞ prezident administrasiyası hesab edir ki, İsrail bir və ya iki gün ərzində HƏMAS-a qarşı qurudan genişmiqyaslı hücuma keçəcək.
Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ hökumətindəki mənbələrə istinadən yazıb.
ABŞ rəsmiləri Həmasın şənbə günü 700-dən çox israillinin ölümü ilə nəticələnən hücumundan sonra İsrailin növbəti 24-48 saat ərzində terrorçulara qarşı genişmiqyaslı hücuma başlayacağını gözləyir.
Məqalə müəllifləri həmçinin bildirir ki, Qüds Livanın cənubunda yaraqlıların hücumu fonunda vəziyyətlə bağlı kəşfiyyat məlumatlarının mübadiləsində Vaşinqtonla əməkdaşlığın artırılmasını istəyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı kütləvi raket hücumu həyata keçirilib. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb.
Son məlumatlara görə, İsrail tərəfində 700-dən çox insan həlak olub, 2200-dən çox insan yaralanıb. Fələstində isə 313 ölü və 1990 yaralı var.
Musavat.com