ABŞ-dan İrana xəbərdarlıq: 6 milyard dollar...

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında İranın Cənubi Koreyada saxladığı təqribən 6 milyard dollarlıq aktivlərinin sanksiyalardan azad edilməsi ilə bağlı açıqlama verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, sözügedən aktivlərin istifadəsinə ABŞ Maliyyə Nazirliyi tərəfindən nəzarət ediləcəyini bildirib.

Kirbinin sözlərinə görə, əgər aktivlər qeyd olunmayan məqsədlər üçün istifadə edilərsə, yenidən sanksiyalar tətbiq olunacaq.

O əlavə edib ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvindən söhbət gedə bilməz.

Xatırladaq ki, sözügedən razılaşma çərçivəsində İranda saxlanılan 5 Amerika vətəndaşı həbsdən azad edilərək ev dustaqlığına buraxılıb.

Qeyd olunub ki, vəsaitlər ərzaq və dərman kimi əsas humanitar ləvazimatların alınması üçün istifadə oluna bilər.

Musavat.com

 

14.09.2023 16:56
579