ABŞ-dan İrana qarşı yeni SANKSİYA

ABŞ İrana “Şahed” PUA-larının istehsalında kömək edənlərə qarşı sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran, Çin Xalq Respublikası, Honq-Konq, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşən beş qurum və iki fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, onlar İranın PUA proqramı üçün vacib hissələrin alınmasında iştirak edirlər.

 

Musavat.com

28.09.2023 00:36
704