ABŞ-dan İrana daha bir zərbə: 7 şirkət qara siyahıya salındı

ABŞ Dövlət Departamenti İrandan neft məhsulları və neft-kimya məhsulları ticarəti ilə məşğul olan bir neçə şirkətə qarşı sanksiya tətbiq edib.

Musavat.com Departamentin saytında yerləşdirilən sənədə istinadən xəbər verir ki, sanksiyalar İranın neft məhsulları və neft-kimya məhsulları ticarəti ilə məşğul olan 7 şirkətə və iki gəmiyə qarşı tətbiq edilir.

Sənəddə bildirilir ki, “Prezident İranın qeyri-qanuni neft və neft-kimya məhsullarının, o cümlədən Çinə ixracını sıfıra endirmək üçün maksimum təzyiq kampaniyasına sadiqdir”: “İran neft və neft-kimya satışından gəlir əldə edərək, sabitliyi pozan fəaliyyətlərini və proksi qüvvələrini maliyyələşdirməyə çalışarkən, ABŞ sanksiyalardan yayındıqlarına görə İranı və bütün tərəfdaşlarını məsuliyyətə cəlb etmək üçün addımlar atacaq”.

 

Musavat.com

30.04.2025 23:26
220