Ötən həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları 3,74 milyon barel azalaraq 436,48 milyon barrelə düşüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika Nazirliyi yayıb.
Məlumata görə, benzin ehtiyatları 5,57 milyon barel azalaraq 227,42 milyon barel təşkil edib. Kommersiya distillat ehtiyatları isə 2,75 milyon barel azalaraq 125,31 milyon barelə düşüb.
Mütəxəssislər neft ehtiyatlarının 2,84 milyon barrel azalacağını, benzin ehtiyatlarının 1 milyon barel və distillə ehtiyatlarının 1 milyon barrel artacağını gözləyirdilər.
ABŞ-da neft ethiyatlarının ardıcıl üçüncü həftə azalması xəbəri dünya bazarında neft qiymətlərinin 1 dollardan çox artmasına səbəb olub.
Musavat.com