ABŞ G7-dəki müttəfiqlərinə Rusiyanın dondurulmuş aktivlərini girov qoymaqla Ukraynaya dəstək məqsədilə 50 milyard dollarlıq istiqrazların buraxılması üçün istifadə mexanizmi yaratmağı təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, təşəbbüslə bağlı müzakirələr ilkin mərhələdədir, bəzi ölkələr, o cümlədən Almaniya və Fransa bununla bağlı ehtiyatlı davranmağı zəruri sayırlar. Eyni zamanda bəzi Aİ ölkələri, o cümlədən Estoniya müttəfiqlərini daha cəsarətli olmağa və aktivlərini müsadirə etməyə çağırır.
Musavat.com