ABŞ-da yaşayan yəhudilərin ən azı 63%-i antisemitizm hadisələrinin artması səbəbindən özlərini təhlükəsizlikdə hiss etmir.
Musavat.com xəbər verir ki, bu barədə Amerika Yəhudi Komitəsinin (AJC) sifarişi ilə keçirilən ictimai rəy sorğusuna istinadən CNN məlumat yayıb.
Araşdırmaya görə, öz təhlükəsizliyindən narahat olan amerikalı yəhudilərin payı oxşar sorğunun keçirildiyi 2022-ci ilin sonundakı vəziyyətlə müqayisədə 22 faiz artıb. Respondentlərin yalnız 3%-i bir il əvvələ nisbətən özlərini daha təhlükəsiz hiss etdiyini bildirib. Sorğu iştirakçılarının 34%-i heç bir dəyişiklik hiss etmədiyini bildirib.
Musavat.com