ABŞ-da tornadoda 7 nəfər ölüb

ABŞ-da tornado nəticəsində azı 7 nəfər ölüb, 12 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, tornado nəticəsində azı 6 nəfər Alabama ştatında, daha biri isə Corciyada ölüb. Həmçinin 50-dək evə ziyan dəyib.

Poweroutage.us portalının məlumatına görə, Corciya və Alabama ştatlarında müvafiq olaraq 65,6 min və 32,5 mindən çox istehlakçı işıqsız qalıb.

13.01.2023 10:05
272