ABŞ-da "TikTok" qadağan edildi - VİDEO

ABŞ Prezidenti Co Bayden "TikTok" sosial şəbəkəsinin ölkədə qadağan edilməsi haqqında müddəanı təsdiqləyib.

Referans.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Bununla da, ABŞ senatı "TikTok"u qadağan edən qanun layihəsini qəbul edib.

"TikTok" rəhbərliyi bunun ləğvi üçün məhkəməyə müraciət edəcəklərini bəyan edib. 

Prezident Co Bayden qeyd edib ki, şirkətin Çindəki sahibi olan “ByteDance” doqquz ay ərzində platformanı satmasa, platformanın bloklanacağını bildirən qanunu təsdiqləyib. 

24.04.2024 22:57
958