ABŞ-ın Oreqon ştatının Fervyu şəhərində "Cessna 421C" təyyarəsi yaşayış evlərinin üzərinə düşüb.
Musavat.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Katu-TV kanalı məlumat yayıb.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza nəticəsində təyyarədə olan iki nəfər və bir şəhər sakini ölüb.
Hadisə avqustun 31-də baş verib. Təyyarə qəzaya uğrayarkən elektrik dirəyinə çırpılıb və nəticədə yanğın baş verib.
ABŞ Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentlə bağlı araşdırma aparır.
Musavat.com