ABŞ-ın Pensilvaniya ştatında şokolad fabrikində baş verən partlayışda 2 nəfər ölüb, 9 nəfər isə hələ də tapılmayıb.
Musavat.com xəbər verir ki, səmanı qatı tüstü bürüyərkən əraziyə çoxlu sayda yanğınsöndürən, xilasetmə və polis qrupları göndərilib.
Partlayışın gücündən yaxınlıqdakı tikililərə də ziyan dəyib. Partlayışın səbəbi hələlik məlum deyil.
Musavat.com