ABŞ-da ŞOK - Çinə aid robot tozsoranlar insanları TƏHQİR EDİR

Çin brendi "Ecovacs"a aid robot tozsoranlar son zamanlarda ABŞ-da baş verən bir sıra hadisələrlə gündəmə gəlib. Belə ki, tozsoranlar sahiblərini və ev heyvanlarını izləmək, onlara təhqir edici sözlər deməklə narahatedici davranışlar sərgiləyiblər. 

Musavat.сom "ABC News"a istinadən xəbər verir ki, hadisə ABŞ-ın bir neçə şəhərində baş verib.

Hadisələrin arxasında hakerlərin dayandığı ehtimal olunur.

İddia olunur ki, hakerlər tozsoranların təhlükəsizlik sistemindəki zəiflikləri aşkar edərək, onları uzaqdan idarə edə biliblər.

Məlumata görə, robotlarda mikrofon və kameranın olması hakerlərin onları izləmə imkanını artırıb. Beləliklə, şəxsi həyatın gizliliyi təhlükə altına düşüb.

Problemin həlli üçün istifadəçilərə tozsoranları tamamilə söndürmək və ya internetdən ayırmaq tövsiyə olunub. 

Musavat.com

 

11.10.2024 19:14
572