ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp önə keçib.
Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Bildirilir ki, Tramp 210 seçici səsi toplayaraq, əsas rəqibi Kamala Harrisi (112 seçici səsi) xeyli geridə qoyub.
Qeyd edək ki, qələbə üçün 270 seçici səsi tələb olunur.
Seçici səslərinin nəticələrinə görə, Kamala Harrisi 42,5 milyon (46,3%) seçici dəstəkləyib, Tramp isə 48,2 milyon (52,5%) seçicinin səsini qazanıb.
Ən diqqətçəkən məqam isə, yeddi tərəddüdlü ştatdan altısının – Arizona, Viskonsin, Miçiqan, Pensilvaniya, Corciya və Şimali Karolinanın Trampın tərəfini tutmasıdır. Bu vəziyyət Trampın prezident seçkilərində qalib gəlmək şansını artırır.
“The New York Times”ın aparıcı kolumnisti də bu üstünlüyü nəzərə alaraq, Trampın seçkiləri qazanma ehtimalının yüksək olduğunu vurğulayıb.
Musavat.com