Rusiya Daxili İşlər Nazirliyi "Robson" kimi tanınan erməni əsilli rusiyalı iş adamı Ruben Tatulyanı axtarışa verib.
Musavat.com xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb Tatulyanın Kubanda ən böyük mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri olması və yerli inşaatçıların köməyi ilə Soçidə yaşayış binaları və ticarət mərkəzlərinin tikintisi zamanı fırıldaqçılıq etməsi olub.
Hazırda təhlükəsizlik qüvvələri sahibkarın yerini müəyyənləşdirir. Çox güman ki, o, xaricdədir.
Məlumata görə, Tatulyan 2022-ci ildə Abxaziyada diplomatik pasport alıb.
Xatırladaq ki, sentyabrda Tatulyan və onun dostu Andronik Mumjyan oğurluq işi ilə bağlı axtarışa verilib. 2017-ci ildə Tatulyan ABŞ Xəzinədarlığı tərəfindən "qanuni oğrular" siyahısına salınıb.
Musavat.com