Ötən həftə ABŞ-ın kommersiya neft ehtiyatları 6,873 milyon barel azalıb.
Musavat.com ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən xəbər verir ki, ehtiyatların azalması son on həftənin doqquzuncu həftəsində qeydə alınıb və iyunun sonundan bəri ən böyük azalma olub.
Trading Economics analitikləri orta hesabla 1,1 milyon barel azalma proqnozlaşdırmışdılar.
Ötən həftə ABŞ-ın benzin ehtiyatları 848 min barel artıb, distillatlar isə 371 min barel azalıb.
Mütəxəssislər orta hesabla benzin ehtiyatlarının 700 min barrel azalacağını və distillat ehtiyatlarının 1 milyon barel artacağını gözləyirdilər.
Bu arada, Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət edilən xam neftin saxlandığı Cushing terminalında ehtiyatlar avqustun 30-da bitən həftədə 1,14 milyon barel azalıb. Ondan bir həftə əvvəl isə bu rəqəm 668 min barel azalmışdı.
Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının azalması, bir qayda olaraq, dünya neft bazarında qiymət artımı üçün stimula çevrilir. Lakin bu dəfə məlumat bazarda cüzi hərəkətliliyə səbəb olub.
Musavat.com