ABŞ-da müharibə strategiyası dəyişir: Tramp Baydenin qərarını tənqid atəşinə tutur

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp, böyük ehtimalla, ATACMS ballistik raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirilməsi ilə bağlı Bayden administrasiyasının verdiyi icazəni ləğv edəcək.

Musavat.com xəbər verir ki, bu fikri “The Spectator” jurnalının onlayn redaktor köməkçisi Liza Heyseldin bildirib.

Heyseldin vurğulayıb ki, Co Bayden bu qərarı Trampın inauqurasiyasına iki ay qalmış qəbul edib. Bununla belə, ABŞ rəsmiləri bu raketlərin Rusiyanın ərazisinə zərbələr üçün istifadəsinin münaqişənin gedişatına ciddi təsir göstərəcəyinə şübhə ilə yanaşırlar.

“Trampın bu qərarı ləğv edəcəyi ehtimalı yüksəkdir. Hətta onun tərəfdarları Baydeni bu addımda münaqişəni daha da alovlandırmağa çalışmaqda ittiham ediblər,” – deyə Heyseldin qeyd edib.

 Musavat.com

18.11.2024 15:34
508