ABŞ-da məktəblərdə atışmalar bir ildə iki dəfə artıb

2021-2022-ci tədris ilində Amerika Birləşmiş Ştatlarındakı məktəblərdə baş verən atışmaların sayı əvvəlki illə müqayisədə iki dəfədən çox artaraq rekord səviyyəyə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Milli Təhsil Statistika Mərkəzinin məlumatlarını nəzərdən keçirən Axios portalı məlumat yayıb.

Nəşr qeyd edir ki, 2021-2022-ci dərs ilində dövlət və özəl məktəblərdə 188 atışma olub, 2020-2021-ci dərs ilində isə 93 belə hadisə qeydə alınıb.

Musavat.com

15.09.2023 12:40
246