ABŞ-da inflyasiya cüzi azalıb – Ekspertlər daha yüksək azalma gözləyirdilər

Sentyabrda ABŞ-da istehlak qiymətləri (CPI) ötən ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyi məlumat yayıb.

Beləliklə, artım sürəti avqust ayında 2.5 faizdən aşağı düşərək 2021-ci ilin fevralından bəri ən aşağı səviyyədə qərarlaşıb.

Trading Economics-in sorğusuna qatılan analitiklər orta hesabla inflyasiyanın daha əhəmiyyətli dərəcədə - 2,3 faizə qədər zəifləyəcəyini gözləyirdilər.

Qeyd edək ki, Federal Ehtiyatlar Sisteminin(FED) hədəfi 2 faizlik inflyasiyadır. Tənzimləyici uçot dərəcəsi ilə bağlı qərar verərkən ilk növbədə əmək bazarı göstəriciləri və inflyasiya gözləntilərini nəzərə alır.

Musavat.com

10.10.2024 21:20
241