ABŞ-da Hellouin bayramında atışma: 14 nəfər yaralanıb

Amerikanın Çikaqo (İllinoys) şəhərində Hellouin bayramı zamanı atışma olub. Hadisə nəticəsində azı 14 nəfər yaralanıb.

AzVision.az xəbər verir ki, bu barədə ABC telekanalı yerli polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları zərərçəkənlərin vəziyyəti barədə məlumat verməyib. Eyni zamanda, yerli yanğınsöndürmə idarəsinin məlumatına görə, 11 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə ən azı 10 təcili yardım maşını göndərilib. Polis hadisənin başvermə şəraitini araşdırır.

 

01.11.2022 11:18
450