ABŞ-da gözlənilməz iqtisadi artım

Bu ilin ikinci rübündə ABŞ iqtisadiyyatı illik ifadədə 2,8 faiz genişlənib.

Musavat.com xəbər verir ki, bu məlumatı ABŞ Ticarət Nazirliyi açıqlayıb.

Trading Economics analitikləri orta hesabla 2 faiz artım proqnozlaşdırmışdılar.

Xatırladaq ki, birinci rübdə ABŞ-da iqtisadi artım 1,4 faiz təşkil etmişdi.

ABŞ iqtisadiyyatının üçdə ikisini təşkil edən istehlak xərcləri aprel-iyun aylarında 2,3 faiz artıb (əvvəlki rübdə +1,5 faiz).

Dövlət xərclərinin artımı yanvar-mart aylarındakı 1,8 faizdən ikinci rübdə 3,1faizə qədər sürətlənib.

Qeyri-yaşayış aktivlərinə kapital qoyuluşları 5,2 faiz (əvvəlki rübdə +4,4 faiz), o cümlədən əqli mülkiyyətə - 4,5%ş faiz, avadanlıqlara - 11,6 faiz artıb. Mənzil sektoruna investisiyalar son bir ildə ilk dəfə - 1,4 faiz azalıb.
İxracın artım tempi 1,6 faizdən 2 faizə, idxalın artım tempi 6,1faizdən 6,9 faizə yüksəlib.

PCE istehlak qiymətləri indeksi, yanvar-mart aylarında illik ən yüksək 3,4 faiz artımdan sonra ikinci rübdə əvvəlki üç aya nisbətən 2,6 faiz artıb.

Federal Ehtiyatlar Sisteminin inflyasiya risklərini qiymətləndirərkən yaxından izlədiyi PCE Core indeksi (ərzaq və enerji xərcləri istisna olmaqla istehlak qiymətlərindəki dəyişikliklər) ikinci rübdə əvvəlki üç aydan 2,9 faiz artıb. Birinci rübdə indeks 3,7 faiz artmışdı.

Musavat.com

25.07.2024 18:22
794