ABŞ Federal Ehtiyatlar Sistemi(FED) bu gün keçirilən iclasında uçot dərəcəsinin dəyişməz saxlanması barədə qərar qəbul edib.
Musavat.com tənzimləyicinin saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, uçot dərəcəsi 5,25-5,5 səviyyəsində qalır.
Qeyd edək ki, FED-in bu qərarı bazarlar üçün gözlənilməz deyil. Belə ki, iclasdan əvvəl əksər analitik mərkəzlər tənzimləyicinin bu dəfə də dərəcələri dəyişməmək qərarı qəbul edəcəyini proqnozlaşdırmışdılar. Buna əsas kimi son aylarda ABŞ-da inflyasiyanın azalma tempinin dayanması göstərilir.
Musavat.com