"ABŞ-da döyüşə bilməyən ordu yaradırlar" - Pentaqonun keçmiş əməkdaşı

Birləşmiş Ştatlar orduya döyüşməyi bilməyən və birbaşa hərbi fəaliyyətlə bağlı olmayan insanları cəlb edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyasında müdafiə nazirinin müşaviri olmuş, hazırda istefada olan polkovnik Duqlas Makqreqor deyib.

Makqreqor deyib ki, bir çox amerikalılar üçün müasir orduya qoşulmaq anti-faşist hərəkatına qoşulmaq, "Qaraların həyatı önəmlidir" və ya transgender lobbisinə və ya müəllimlərin həmkarlar ittifaqına üzv olmağa bərabərdir. "Buna son qoyulmalıdır, biz faktlara ayıq baxmalıyıq", - sabiq müşavir deyib.

Bundan əvvəl Makqreqor bildirib ki, ABŞ-ın Ukraynaya verdiyi hərbi texnika çox vaxt alıcılara çatmır. O, qeyd edib ki, Vaşinqton Kiyevə milyardlarla dollar dəyərində avadanlıq ötürür, lakin bunun böyük hissəsi qara bazarda görünür.

Musavat.com

04.09.2023 12:05
594