ABŞ-da Ciqarxanyanın oğlunu atəşə tutublar - güllə başına dəyib

SSRİ xalq artisti Armen Ciqarxanyanın oğlunu ABŞ-da atəşə tutublar.

Musavat.com xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Stepan Ciqarxanyan deyib ki, Las-Veqasda təsadüfən yerli cinayətkar dəstələr arasında münaqişənin şahidi olub. Onu hərəkətdə olan avtomobildən atəşə tutublar. Güllələrdən biri yandan keçib, ikincisi baş nahiyəsinə dəyib.

Aktyorun oğlu təcili olaraq həkimə müraciət edib. O, müalicə və reabilitasiya keçəcək.

Musavat.com

02.08.2024 15:10
1133