Son həftələrdə buğdanın dünya bazar qiyməti sürətlə ucuzlaşır.
Musavat.com xəbər verir ki, bunun əsas səbəbi ABŞ-da buğda istehsalında qeydə alınan yüksək artımdır.
Belə ki, 2024-cü ildə ABŞ-da buğda istehsalı 5 milyon ton, ixrac həcmi isə 3 milyon ton artıb. Nəticədə ABŞ-da buğda istehsalı 54 milyon tona, ixracı isə 22,5 milyon tona çatıb. Bu artım ABŞ-dakı satış mərkəzlərində məhsul təklifini 50 faizdən çox artırıb. Nəticədə qiymətlər sürətlə düşməyə başlayıb.
Musavat.com