ABŞ-ın Men ştatındakı atışmanın təfərrüatı məlum olub.
İlkin ehtimala görə, cinayətkar bar və ticarət mərkəzi də daxil olmaqla şəhərin 3 müxtəlif yerində qətliam törədib. Hüquq-mühafizə orqanları əməkdaşları atəş açmaqda şübhəli bilinən şəxsi artıq saxlayıblar.
Təhqiqatlara Federal Təhqiqatlar Bürosu (FTB) da qoşulub. Hadisənin terror aktı olmadığı deyilir. Ağ evdən verilən məlumata görə, ölkə prezidenti Co Bayden hadisə haqqında məlumatlıdır və hadisələrin inkişafını izləyir./BAKU.WS