"ABŞ Cənubi Qafqaz üçün dinc gələcəyin təmin olunmasına sadiqdir" - Dövlət Departamenti

ABŞ Cənubi Qafqaz üçün təhlükəsiz, stabil, demokratik, çiçəklənən və dinc gələcəyin təmin olunmasına sadiqdir.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.

"Biz Ermənistan və Azərbaycanı diplomatik qarşılıqlı fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh sazişinə nail olmağa çağırırıq", - deyə o bildirib.

31.08.2022 12:25
410