Şimali Koreya ABŞ-ın Ukraynaya 8 milyard dollarlıq hərbi yardımını "inanılmaz səhv" adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
“Rusiyaya qeyri-qanuni silah tədarük etməkdə ittiham olunan KXDR də ABŞ-ın nüvə dövləti olan Rusiyaya münasibətdə odla oynadığını bildirir. Kim Çen İnin bacısı Kim Yo Conq bildirib ki, Vaşinqton Ukrayna ilə bağlı münaqişəni gərginləşdirir və bütün Avropanı nüvə müharibəsi astanasına gətirir.