ABŞ büdcəsinin kəsiri iki illik maksimuma çatdı

Avqust ayında ABŞ-ın büdcə kəsiri 380,08 milyard dollar olub.

Musavat.com ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin eyni ayında ölkə büdcəsində 89,256 milyard dollar profisit qeydə alınmışdı.

Bu, demək olar ki, iki ilin ən yüksək göstəricisidir.

Trading Economics analitiklərinin orta proqnozu 350 milyard dollar kəsir idi. ABŞ büdcəsinin gəlirləri bir il əvvəlki 283,13 milyard dollarla müqayisədə 8,3 faiz artaraq 306,54 milyard dollara çatıb. Xərclər 3,5 dəfə artaraq ötən ikin avqustundakı 193,875 milyard dollarla müqayisədə 686,62 milyard dollar təşkil edib. Oktyabrın 1-də başlayan 2024-cü maliyyə ilinin on bir ayı ərzində ABŞ-ın büdcə kəsiri 24,4 faiz artaraq 1 trilyon 897 milyon dollara çatıb.

Cari maliyyə ilinin əvvəlindən büdcə gəlirlərinin həcmi 10,6 faiz artaraq 4 trilyon 391 milyon dollar, xərclər isə 14,4 faiz artaraq 6 trilyon 288 milyon dollara çatıb. Tarixdə ilk dəfə olaraq dövlət borcu üzrə faiz ödənişləri də daxil olmaqla 1 trilyon dolları ötüb.

Xəbər verildiyi kimi, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ili üçün ABŞ hökumətinin büdcəsinin mənfi saldosu 23 faiz artımla 1 trilyon 695 milyon dolları keçib.

 

Musavat.com

13.09.2024 01:27
254