ABŞ bu prezidentin təyyarəsini müsadirə etdi - VİDEO

ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini həbs edərək Floridaya göndərib.

Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Vaşinqton hesab edir ki, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb. O, bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb. Təxminən 13 milyon dollar dəyərində olan gəmi son bir neçə ay ərzində Dominikan Respublikasında olub. Əməliyyatda ABŞ Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosunun əməkdaşları iştirak ediblər.

"Xarici dövlət başçısının təyyarəsinin ələ keçirilməsi eşidilməmiş bir hadisədir. Biz açıq şəkildə bildirmək istəyirik ki, heç kim qanundan və Amerika sanksiyalarından üstün deyil", - adını açıqlamayan Amerika rəsmisi televiziya kanalına deyib.

CNN-in qeyd etdiyi kimi, bu insident ABŞ və Venesuela arasında onsuz da “soyuq münasibətlərin” kəskinləşməsindən xəbər verir.

 

Musavat.com

02.09.2024 20:51
1163