ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir qədər azaldıb - bir barel üçün 82,49 dollardan 82,42 dollara qədər.
Nazirliyə görə, 2025-ci ildə Brent markalı neftin qiymətinin 79,48 dollar/barel olacağı gözlənilir (əvvəlki proqnoz - 79 dollar/barel). Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü ildə ölkədə gündəlik neft hasilatı proqnozunu sutkada 110 min barel artırıb - 13,21 milyon bareldən 13,1 milyon barelə.
2025-ci ildə ölkədə gözlənilən neft hasilatı həcmi sutkada 50 min barel artırılaraq 13,49 milyon barelə çatdırılıb.
Musavat.com