ABŞ Bakıda həbsdə olan separatçıların cinayətkar olduğunu çox gözəl anlayır.
Trend xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
“Amerika Birləşmiş Ştatları da çox gözəl anlayırlar ki, həbs edilib Bakıda saxlanılan separatçılar cinayətkardırlar. Konservativ düşüncədə olan partiya üzvləri də, siyasi hərəkatlar da, hamısı bu şəxslərin 30 il Azərbaycan ərazisində radikal separatizm ilə məşğul olduqlarını qəbul ediblər. Əgər onlar işğal faktını qəbul edirdilərsə, münaqişədə mediator kimi çıxış edirdilərsə, demək, bu şəxslərin də separatist olduğunu anlayırdılar”, - deyə S.Mikayılova bildirib.
Amerikalı senator və konqresmenlərin ABŞ dövlət katibinə müraciətinə toxunan Sevil Mikayılovanın sözlərinə görə, onların COP29 ərəfəsində Azərbaycana qarşı təzyiq göstərməyi və həbsdə olan separatçıların azad edilməsini tələb etməyi fürsət bilmələri maraq doğurur.
“Bu gün Ermənistan Cənubi Qafqaz ölkələri arasında Qərbə ən açıq olan ölkədir”, - deyə S.Mikayılova əlavə edib.