ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR – Emi Karlo Bakıya gəlir

ABŞ Azərbaycandakı diplomatik nümayəndəliyinə yeni müvəqqəti işlər vəkili təyin edib.

Musavat.com xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsində verdiyi məlumata görə, Emi Karlo bu həftə Bakıya gələcək və fəaliyyətinə başlayacaq.

Qeyd edək ki, iyulun 1-də ABŞ-ın əvvəlki müvəqqəti işlər vəkili Uqo Gevaranın Azərbaycandakı diplomatik missiyası başa çatıb.

Yeni təyinatın iki ölkə arasında münasibətlər fonunda hansı istiqamətdə inkişaf edəcəyi maraqla gözlənilir.

Musavat.com

03.07.2025 17:02
754