ABŞ-ın 101-ci Hava Desant Diviziyasından olan Amerika əsgərləri NATO-nun şərq cinahını gücləndirmək əməliyyatı çərçivəsində Bolqarıstana gəlib.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Novinite" məlumat yayıb.
Nəşrin məlumatına görə, Bolqarıstanda yerləşdiriləcək amerikalıların dəqiq sayı məlum deyil.
Bununla belə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada yerləşdiriləcək 101-ci diviziyanın hərbçilərinin ümumi gücü iki min nəfərdən çoxdur.
NATO-nu gücləndirmək üçün amerikalılardan başqa, 750 italyan hərbçisi 50 vahid hərbi texnika ilə Bolqarıstana gələcək.
Bolqarıstan özü, bloku ölkənin Quru Qoşunlarının 140 hərbi qulluqçusu və qrupun qərargahında 15-ə qədər zabitlə təmin edəcək.
Bundan əvvəl ABŞ-ın NATO-dakı nümayəndəliyi NATO-nun şərq cinahını gücləndirmək üçün elit 101-ci “Qışqıran Qartallar” hava-desant diviziyasını Aİ-yə köçürmək planlarını açıqlamışdı. Alyansın hava cinahını “qorumaq” üçün Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada 2,4 minə yaxın əsgər yerləşdiriləcək.
Xatırladaq ki, Pentaqonun rəhbəri Lloyd Ostin Baltikyanı ölkələrdə qastrol səfərində olub.