RİA Novosti-nin məlumatına görə, ABŞ dörd ədəd beşinci nəsil F-22 döyüş təyyarəsini Alyaskadakı Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında Trampın Rusiya Prezidenti Vladimir Putini qarşılayacağı əraziyə yerləşdirib.
Musavat.com xəbər verir ki, bu addım görüş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və hava məkanının qorunması məqsədilə atılıb. F-22-lərin bazaya yerləşdirilməsi həm də Alyaska ətrafındakı hərbi mövqelərin gücləndirilməsini təmin edir.
Ekspertlər bildirir ki, bu cür hərbi hazırlıqlar yüksək səviyyəli beynəlxalq görüşlərdə standart təhlükəsizlik tədbirləri hesab olunur.
Musavat.com