ABŞ Ali Məhkəməsi keçmiş prezident Donald Trampa Kolorado ştatında ilkin prezident seçkilərində iştirak etməyə icazə verib.
Bu, qurumun Kolorado Ali Məhkəməsinin əvvəllər tətbiq etdiyi qadağanı ləğv edən rəyində əksini tapıb: “ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifə sahibləri və namizədlərlə bağlı tətbiqi məsuliyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün biz bu qərarı ləğv edirik”.
Bundan əvvəl Kolorado Ali Məhkəməsi Trampın 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmaq üçün Respublikaçılar Partiyasından namizədlər üçün keçirilən yerli seçkilərdə iştirakını qadağan etmişdi.
Musavat.com