ABŞ 4 ölkənin şirkət və fiziki şəxslərini qara siyahıya saldı - SƏBƏB

ABŞ Ticarət Nazirliyi Misir və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan iki şirkətə qarşı ABŞ sanksiyalarından yayınmaqda Rusiyaya yardım etdiklərinə görə ixrac məhdudiyyətləri tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumat nazirliyin Sənaye və Təhlükəsizlik Bürosunun yazılı açıqlamasında yer alıb.

Məlumata görə,Misirdən Steel Design MMC və BƏƏ-dən Steel Design FZE şirkətləri qara siyahıya salınıb. İki BƏƏ vətəndaşına qarşı da məhdudiyyətlər tətbiq edilib. Onların hamısı “Rusiya alıcısının adından Amerika istehsalı olan malları, xüsusən də mülki təyyarələr üçün hissələri alıb və almağa cəhd edib, həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan və ixrac nəzarətindən yan keçməyə cəhd ediblər”.

Bundan əlavə, sənəddə qeyd edilir ki, Çindən olan altı şirkətə qarşı “Çin ordusunun modernləşdirilməsinə dəstək verdiyinə” görə, habelə İranın kütləvi qırğın silahları və pilotsuz uçuş aparatlarının hazırlanması proqramlarında iştirak etdiyinə görə ixrac məhdudiyyətləri tətbiq edilib.

Pakistanın qanadlı, ballistik raket və strateji pilotsuz uçuş aparatları proqramlarına yardım göstərdiyi iddiası ilə Pakistandan 16 fiziki və hüquqi şəxs qara siyahıya salınıb.

 

Musavat.com

22.10.2024 01:22
406