ABŞ: 4 gün sonrakı seçkinin nəticələrinə güvən tam deyil

Respublikaçılar partiyasının tərəfdarları demokratları dəstəkləyənlərlə müqayisədə ABŞ-da keçiriləcək prezident seçkilərində onların səslərinin dəqiq hesablanacağına daha az əmindirlər.

Musavat.com xəbər verir ki, bunu “Associated Press” üçün NORC tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun məlumatları sübut edir.

Demokratik seçicilərin təxminən dörddə üçünün milli, əyalət və yerli səviyyələrdə səslərinin dəqiq hesablanacağına dair ən azı “ədalətli miqdarda” inamının olduğunu müəyyən edib. Bununla belə, respublikaçıların yalnız yarısı yerli səviyyədə səslərinin dəqiq hesablanacağına əmindir. Onların təxminən 40%-i dövlət seçki komissiyalarına güvənir, respublikaçıların isə yalnız dörddə biri seçkidə dərc olunacaq nəticələrin düzgünlüyünə əmindir.

Musavat.com

01.11.2024 15:13
275