ABŞ 300-dən çox xarici tələbənin vizasını ləğv etdi – Siyasi aksiyalara görə

ABŞ hakimiyyəti siyasi aksiyalarda iştirak edən 300-dən çox xarici tələbənin vizasını ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio məlumat verib.

ABŞ dövlət katibinin sözlərinə görə, Vaşinqton tələbələrin universitetlərdə vandalizm, zorakılıq və qarışıqlıq yaratması halında vizaları ləğv etməyə davam edəcək.

“Biz sizə burada təhsil almaq üçün viza vermişik, ictimai fəallıq edib kampuslarımızı dağıtmaq üçün yox. Əgər belə edirsinizsə, vizanızı sadəcə ləğv edirik”, – deyə Rubio bildirib.

Musavat.com

28.03.2025 12:53
685