Abramyandan Paşinyanla bağlı İLGİNC AÇIQLAMA

“Nikol Paşinyanın partiyasının nümayəndələri sərhəd tənzimləmələrini və birtərəfli güzəştləri bir tərəfə qoyub Tavuşa səfər edirlər”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, iqtidar partiyası ənənəvi texnologiyadan istifadə edir - təslim olmağı, uğursuzluğu qələbə kimi göstərir.

“Üstəlik, bunu elə həvəslə edirlər ki, guya erməni xalqına böyük bir yaxşılıq ediblər. Hətta bu fonu yaratmaq üçün insanlar da təsadüfən seçilmir. Hər şeyi süzgəcdən keçirəndə torpağı, əmlakını, təhlükəsizliyini itirmiş insanlar qalır”, - deyə Abramyan qeyd edib.

Musavat.com

08.07.2024 12:56
866